gözellik
eşq
iş qadını
yemek
heyat
idman
deb
üzvlük adı 
mexfi söz 
üzv olun | mexfi söz

bloguma elave et fan-ı ol

24 Mrt,2007

Xarici görkəminizin yaxşı olmasını istəyirsinizsə, simanızla bərabər saçlarınıza da xüsusi diqqət ayırın. Yaxşı qulluq edilən, zövqlə düzələn saç forması xanımların gözəlliyini tamamlayan əsas amillərdən biridir. Bu gün biz saçlara necə qulluq eləmək lazım olduğu barədə söhbət açacağıq.
Hər şeydən əvvəl nəzərinizə çatdıraq ki, saçları hər gün müxtəlif istiqamətlərdə yumşaq şotka ilə daramaq lazımdır. Ən çox axşamlar yuxudan əvvəl daramaq məsləhət görülür. Saçlar daranarkən dərini də masaj eləmək lazımdır. Bu, saçların yaxşı inkişaf etməsinə, onların toz və qabıqdan təmizlənməsinə kömək edir.
Saçlarınızı darayarkən, onun uzun və qısalığını mütləq nəzərə alın. Belə ki, uzun saçları uclardan başlayıb yuxarıya doğru daramaq lazımdır. Saçınız qısadırsa, darağı tərəddüd etmədən başınıza çəkin. Pırtlaşmış saçları seyrək dişli daraqla darayın. Nəhayət, saçlarını tağ şəklində ayıranlar bir qədər diqqətli olmalıdırlar. Tağ ayırırsınızsa, tez-tez onun yerini dəyişin, yoxsa həmin yerdə saçlar tez tökülər və seyrələr. Saçların təmiz saxlanılmasına gəlincə, onu deyək ki, imkan daxilində saçınızı tez-tez yumağa öyrətməyin. Çünki saçınızı tez-tez yusanız, saçınız buna öyrəşəcək və tez-tez yuyulmağa ehtiyac yaranacaq. Başı həftədə bir dəfə, lazım olduqda isə iki və ya üç dəfə yumaq məsləhət görülür.
Saçlarınızın yuyulma prosedurunu onun quru, yağlı və ya normal olduğunu müəyyənləşdirdikdən sonra həyata keçirin. Normal saçları həftədə bir dəfə sabunla yuyun. Yağlı saçları 4-5 gündə bir dəfə yuyun. Belə saçları isti su ilə yumaq və isti yerdə qurutmaq olmaz. Çünki istidən yağ vəzilərinin fəaliyyəti yüksəlir və daha çox yağ ifraz edir.
Yuyandan sonra saçları qoyunqıran, ilanotu kökü, bağayarpağı və çobanyastığı otlarının dəmləməsi ilə yaxalamaq olar. Bunun üçün hər otdan 1 xörək qaşığı götürüb 1 litr suda dəmləyin. 10-15 dəqiqə zəif od üzərində qapaq altında saxlayın, soyuyandan sonra süzün.
Quru saçları həftədə bir dəfə yumaq lazımdır: belə saçları olan adamlar başlarını isti su ilə yumalı, isti hava ilə qurutmamalıdırlar.Quru saçları neytral şampun və "Uşaq sabunu" ilə yumaq lazımdır. Quru saçları isti zavivka (burma) eləmək, fenlə qurutmaq olmaz. Saçların quru olmasının səbəbi orqanizmdə yağlar və A vitamininin çatışmamasıdır. Bunun üçün müvafiq pəhriz saxlamaq lazımdır. Su çox cod, saçlar isə uzun və sıxdırsa, axırıncı dəfə başı yaxalayanda ona sirkə (1 litr suya 2 xörək qaşığı) tökmək olar. Sonra isə yenə adi su ilə yaxalayın. Bu, həm suyu yumşaldır, həm də saçlara parıltı verir.
Xalq təbabətində quru saçları yumurta sarısı ilə yumaq da məsləhət görülür. Başınızı isladın, yumurta sarısını başınızın dərisinə çəkin və bir neçə dəqiqədən sonra yuyun. Şərqdə çox vaxt quru saçları qatıqla kompres edib sonra yuyurlar. Bu kompresin müsbət təsiri çoxdur, çünki bu zaman başın dərisi təbii maddələrlə qidalanır, başın tükünün vəziyyəti yaxşılaşır və sürətlə inkişaf etməyə başlayır.
Saçla bağlı ən ciddi problemlərdən biri onun qabıq verməsidir. Saçların qabıq verməsinin qarşısını almaq üçün 100 qram gicitkan yarpağı və 100 qram gicitkan köklərinin üstünə 0,5 litr sirkə, 0,25 litr araq və 0,25 litr su töküb yarım saat qaynadın. Soyuyandan sonra süzün və hər gün başın dərisinə çəkin. Saçların tökülməsi orqanizmdə vitaminlərin çatışmaması, mədə-bağırsaq yolunun, ya da sinir sisteminin pozulması nəticəsində baş verir. Lakin saçlara düzgün qulluq etməmək, həmçinin yoluxucu xəstəliklər də saçların tökülməsinə səbəb olur. Ona görə saçların tökülməsinin qarşısını vaxtında almaq lazımdır. Ən vacibi orqanizmin ümumi tonusunu qaldırmaq, B vitamini ilə zəngin yeməklər yemək lazımdır.
Yayda günəş şüalarının qəbulu saçların inkişafına yaxşı təsir edir. Bəziləri elə bilirlər ki, başı ülgüclə qırxmaq saçın sıx və sürətli inkişafına kömək edir. Bu, yanlış fikirdir. Yeri gəlmişkən, kiçik yaşlı uşaqların saçını bu məqsədlə tez-tez ülgüclə qırxanlar yanılırlar. Bunun saçların sıx gəlməsinə və ya tez böyüməsinə heç bir təsiri yoxdur.
Saçları bərk hörmək olmaz - bu, qan dövranını pozur və saçların tökülməsinə səbəb olur.
Saçların uclarının haçalanması onların paltara sürtünməsi, bərk hörülməsi və ya biqudiylə burulması nəticəsində əmələ gəlir. Belə hallarda saçlara pis təsir edən amilləri aradan qaldırmaq, haçalanmış saçları kəsmək və hər hansı qidalandırıcı kompreslərdən istifadə etmək lazımdır. Ümumiyyətlə, bu problemlə üzləşməmək üçün ayda bir dəfə saçların ucunu kəsmək məsləhət görülür. Rənglənmiş və ya burulmuş saçlara xüsusi qulluq lazımdır. Saçları rənglədikdən, ya da kimyəvi zavivkadan sonra xüsusi turş məhlulla (1 litr suya 2 xörək qaşığı sirkə, ya da 1 litr suya bıçağın ucunda limon turşusu əlavə edib) yaxalayın. Sonra yenə adi su ilə yaxalayın ki, turşulu su dəriyə pis təsir göstərməsin.
Yuyandan sonra saçları yumşaq dəsmalla silin və hələ tam qurumamış darayın. Yaş saçları ev temperaturunda qurudun.
Saçlar yaş olduqda onları biqudiyə burmaq, ya da dəsmalla, ləçəklə bağlamaq olmaz.
Saçlarınızı boyamağa ehtiyac olduqda çalışın ki, onu öz təbii rəngində boyayasınız. Ən yaxşısı basma və xınadır. Saçların qara olması üçün xına və basmanı birlikdə qoymaq lazımdır. Bunun üçün 2 hissə xına və 1 hissə basma götürülür.
Xına qoymazdan əvvəl saçlar yuyulur və qurudulur. Əgər tünd rəng almaq istəyirsinizsə, xınanı tünd çay, ya da yetişməmiş qozun qabıqlarından hazırlanmış məhlulla qoyun. Xınanı çayın, ya da qoz qabığının isti məhlulu ilə dəmləyir və isti-isti saçlara yaxırlar. Çalışmaq lazımdır ki, xına saçların diblərinə yaxşı çəkilsin. Axı xına saçların kökünü də möhkəmləndirir. Sonra başınıza ya kağız, ya da polietilen papaq qoyub, isti yaylıqla bağlayın. Xınanı başda 2-3 saat saxlamaq olar. Bəziləri isə xına başda quruyana qədər saxlayır və sonra yuyurlar.
Xınanı soğan qabıqlarından bişirilmiş məhlulla da dəmləmək olar. Soğan qabığının suyu saçı quru olanlara daha yaxşı təsir edir.
Sarışın qadınlar başlarını yuyarkən axırıncı dəfə çobanyastığı çiçəklərinin dəmləməsi ilə yaxalaya bilərlər. Ağsaçlı qadınlar saçlarını axırıncı dəfə lil (sinka) qatılmış su ilə yaxalamalıdırlar, onda saçların sarılığı gedir və gözəl ağ rəng alır. İmkan daxilində ayda 2-3 dəfə başınızı yumazdan əvvəl qidalandırıcı kompres edin. Bunun üçün aşağıdakı məhluldan istifadə etmək olar: 2 yumurta sarısına 2 çay qaşığı bitki yağı, 1 xörək qaşığı su əlavə edib çalın və diş fırçası ilə bu məhlulu başınıza çəkib polietilen papaq qoyun və isti yaylıqla bağlayın. 2-3 saat sonra ilıq su və sabunla yuyun.

Yay maskaları

Bir qayda olaraq, yay aylarında xanımlar kosmetikadan imkan daxilində az istifadə edirlər. Kosmetikadan az istifadə edəndə isə, təbii ki, sifətin bütün qüsurları daha aydın nəzərə çarpır. Eləcə də bu zaman sifət daha çox qulluq tələb edir. Ona görə də kosmetoloqlar məsləhət görürlər ki, yay aylarında xanımlar hər gün maska qoysunlar. Bu maskaları ev şəraitində hazırlaya bilərsiniz. Kosmetoloqlar yay üçün aşağıdakı maskaları məsləhət görürlər:
pomidoru əzib üzərinə quru süd əlavə edin və üzünüzə yaxın. 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska dərini bir qədər dartır və ona xüsusi təravət verir;
xiyarı ətçəkən maşından keçirib, üzərinə limon suyu və quru süd əlavə edin. Maskanı sifətinizdə yarım saata qədər saxlaya bilərsiniz. Bu maska qaralmış simalar üçün daha məsləhətlidir; cəfərini xırda-xırda doğrayıb, üzərinə sürtgəcdən keçirilmiş kələm və kök əlavə edin. Bu qarışığa bir qədər də bitki yağı qatın. Bu maska sifətdəki yorğunluğu götürmək baxımından əvəzsizdir.
Hər üç maskadan sonra sifətinizə qidalandırıcı krem çəkin.

  saytımızdan diger xeberler
Qubernator: “Azərbaycanın Yekaterinburqdakı baş konsulluğuna torpaq sahəsi ayrılacaq”
ən gözəl ana - jessica alba
dəb sərgisi qəzaları
Share You Love
Yunanıstan Azərbaycandan böyük həcmdə qaz almaq istəyir
miss amerika 2010
106.3 FM qonağı Aygün Kazımova - EXCLUSİVE
Gənc analara tövsiyələr
afrikadan mənzərələr - 1
yeni parfume
  kanaldan diger xeberler
fotoqraf - Aynur Əliyeva
Christina Aguilera New York-da
Qızıl qaz
Yeni il gecəsi hazır olun
Röyaya ehtiyacım yoxdur
carmen electradan seksi reqs
Dağlıq Qarabağ Münaqişəsi
ölümsüzlük artıq çox yaxındadır
bələdiyyə 2009 layihəsi
Quran əxlaqına uyğun cəhd (cihad)
ßíäåêñ.Ìåòðèêà

?zvl?k ad? 
mexfi s?z 
?zv olun | mexfi s?z
penceeni ba?la